ABŞ-ın Ermənistandakı səfiri sərhədimizə gəldi

 ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn AB-nin mülki missiyası ilə birlikdə sərhədimizə gəlib və baxış keçirib.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı məlumatda deyilir.

“Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhün bərqərar edilməsi istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişi alqışlayır”, – məlumatda bildirilib.