“Bir neçə gündür ki, sosial şəbəkələrdə Şəlalə Zeynalovanın Azərbaycan Dövlət Aqrar Universitetində ilk xanım dekan təyin olunması haqqında xəbərlər tirajlanır”. Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məaqlədə daha sonra bildirilir:
“Məlumat üçün bildirmək istəyirik ki, Ali təhsil müəssisələrində dekan
vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə
dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən
azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi
dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər
arasından seçilməlidir. Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı
Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində
aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və
Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən
həmin laboratoriyada direktor müavini vəzifəsində işləyir. Göründüyü kimi Şəlalə
Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı
(dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir.
Digər tərəfdən dekan seçki prosesində seçilməlidir, daha rektor Zəfər
Qurbanovla hələ Bakıda işləyərkən aralarında olan macəralara görə təyin olunmur.
Bu nə biabırçılıqdır???
Kim hansı rəhbər vəzifəyə təyin olunursa, dərhal oranı talamağa, ağlına
gələn qərarları verməyə və oranı ata mülki kimi istədiyi formada idarə etməyə
başlayır. Maraqlıdır ki, Zəfər Qurbanov Şəlalə Zeynalovanı bir gündə 4 kafedranın
hər birində bir saatdan bir müzakirə etdirib dekan kimi əmrini verdi. Həm də bu
xanımı Zahir Ələsgərovun müdir olduğu kafedraya 0,5 ştat müəllim vəzifəsinə də
götürdü.
Zəfər Qurbanov öz maraqları xatirinə bir-birinə uyğun gəlməsə belə
müxtəlif kafedraları birləşdirir. Məlumdur ki, “Meşəçilik” kafedrası çox spesifik
bir kafedradır. Bu gün bütün dünyada qlobal istiləşmə prosesi gedir. Onun
qarşısının alınması, ekoloji tarazlığın qorunması, torpaq sürüşmələri, yağıntıların
miqdarının artması, sel, daşqın və s-in qarşısının alınmsı üçün meşələr çox
vacibdir. Bu kafedraya isə ulu öndər Heydər Əliyevin göndərişi ilə Rusiyada təhsil
almış, keçmiş İttifaq miqyasında tanınmış insan Vidadi Səmədov rəhbərlik edirdi.
Vidadi Səmədov tələbələr ttərəfindən sevilən, savadlı və həddindən artıq tələbkar
müəllimdir. Zəfər Qurbanovun özbaşınalıqlarına etiraz etdiyi üçün rektor onun
rəhbərlik etdiyi kafedranı ləğv edərək korrupsioner, adı saxta diplom satışı və saxta
tələbə qəbullarında hallandırılan Musa Bayramovun kafedrasına birləşdirdi.
Eləcə də “Texniki mexanika” və “Maşın mühəndisliyi və standartlaşdırma”
kafedraları da bir-birinə uyğun gəlməsə də Zəfər Qutbanov tərəfindən
birləşdirilməyə məruz qalıb. Habelə, “Elektroenergetika” və “Elektrik
mühəndisliyi” kafedraları da birləşdirilib. Birləşdirilən kafedralr üçün müdirlik
vəzifəsi auksiona çıxarılb. Hərrac kimi kim çox pul versə, müdir vəifəsinə də o
seçiləcək…”
DAVAMI VAR…