Oğru mədəniyyət naziri təyin edildi

 Bank soyğunçusu, gecə klubunun sahibi və müxalif siyasətçi kimi tanınan Gayton Makkenzi Cənubi Afrikada qurulan yeni hökumətdə nazir təyin edilib.

O, yeni hökumətdə idman və mədəniyyət naziri təyin edilib.

Yeni nazir 16 yaşında bank soyduğu üçün 7 il həbsdə yatıb. Həbsdən çıxandan sonra o dəyişəcəyinə söz verib. Bundan sonra 2013-cü ildə Vətənpərvər Alyans (PA) partiyasını qurub.

Yeni qurulan koalisiya hökumətində Makkenzi Daxili İşlər Naziri olmaq istəyib.