Burda ƏDV tələb edəndə düşmən olursan… – GİLEY

“Göyçay rayonunda “Dəniz market” deyilən böyük mağazalar var. Bu şəbəkənin rəhbərliyinə səslənirəm…” Dia-az.İnfo bildirir ki, bunu öz müraciətində Göyçay rayon sakini Əli Əhmədov ifadə edib.

Narazı vətəndaş sözügedən ticarət şəbəkəsinin rəhbərliyinə xitabən dahas rona davam edir: “Sizin Göyçay rayon Xəlitli kəndində yerləşən mağazanızda müştərilərə qarşı çox haqsızlıqlar olunur. Yerli-yersiz müştərilər narazı salınır…

Hələ bu azmış kimi nağdsız olan ƏDV-lər verilmir. Ümümüyyətlə, bu dükanınızdakı alış-verişlıərdə ƏDV-li çek verilmir. Çek istəyən kimi hörmətsizlik edirlər və alver edəndə 5 qəpik 8 qəpiyi qaytarmırlar..

Bir rəhbər tapmırıq ki, sözümüzü deyək… Atırlar verginin üstünə… Bir sözlə, biz müştərilər bu şəbəkədən narazıyıq…”