Kiyev Avropadan rekord miqdarda enerji idxal edəcək

 Ukrayna bir gündə Avropadan elektrik enerjisi idxalında rekord artım etməyi planlaşdırır. Kiyev saatda 33,559 min meqavata qədər enerji almaq istəyir.

Bu barədə Ukrayna Energetika Nazirliyinin Teleqram kanalı məlumat yayıb

Xüsusilə vurğulanır ki, Ukrayna elektrik enerjisi ixrac etmək niyyətində deyil:

“Bu, son dövrlərdə elektrik enerjisinin maksimum alışıdır”.

Ukraynanın energetika naziri German Qaluşenko isə qeyd edib ki, ölkə elektrik enerjisi istehsal gücünün yarısını itirib.



Mənbə