Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbi təlimatçılar göndərmək istəyini bəyan etməsindən sonra Almaniya kansleri Olaf Şolts alman əsgərlərin döyüş bölgəsinə göndərilməsi ideyasını bir daha açıq şəkildə rədd edib.
Bu barədə NTV məlumat yayıb.
Şolts Almaniyanın eskalasiyanın qarşısını almağa davam edəcəyini qeyd edib:
“Ukraynada nə bizim ölkədən, nə də NATO-dan əsgərlər olacaq”.