263 nömrəli tam orta məktəbdə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli şəkildə qeyd olunub

Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olun
Bugün həyatımızın mənası, gözəlliyi,vdünyanın sevinci, xoşbəxtliyi olan bütün uşaqların bayramıdır! Bu möhtəşəm gün münasibətilə 263 nömrəli tam orta məktəbin uşaq birliyi təşkilatının rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı ilə “Bölgələrdə  uşaq sevinci” adlı tədbir keçirilib.
Tədbir məktəbin direktoru Nurqələm xanım Bayramovanın çıxışı ilə başlayıb. O, uşaqları təbrik edərək, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan danışıb. Tədbirə aparıcılıq edən Həcər və Səidin təqdimatında məktəbin 5 yaşlı şagirdləri Nilufər və Mələyin çıxışı, həmçinin məktəbin xor kollektivinin ifası, balaca Sərxanın fərqli musiqi töhfəsi, gözəl Mədinənin atası ilə rəqs nümunəsi hər kəsdə xoş təəssüratlar yaratdı.
Tədbirin ən maraqlı məqamı isə “xaricdən gələn qonaqlarımızı” Azərbaycanın dilbər guşələri ilə  Qarabağ, Göyçə mahalı, Naxçıvan, Cənub bölgəsi, Gəncə, Şamaxı, Şəki və doğma şəhərimiz olan Bakı şəhəri ilə yaxından tanış etmək oldu.
Əziz balalar Beynəlxalq Uşaqlar Gününüz mübarək!








Mənbə