Gürcüstanda nazir müavini buna görə istefa verdi

Gürcüstanın maliyyə nazirinin müavini Mirzə Gelaşvili ölkənin gələcəyini yalnız Avropada gördüyünü söyləyərək vəzifəsini tərk edib. 

O, bu barədə LinkedIn-də yazıb.

“10 il dövlət qulluğunda işlədikdən sonra Gürcüstanın Maliyyə Nazirliyindən gedirəm. Fərdi məsləhətçi kimi karyeramı davam etdirəcəyəm… Müstəqillik gününüz mübarək! Gürcüstanın gələcəyi Avropadadır!”, – deyə Gelaşvili qeyd edib. 

“Formula” telekanalı ilə söhbətində o, qərarın xarici agentlər haqqında qanunla bağlı olduğunu təsdiqləyib. Onun sözlərinə görə, bəzi həmkarları da açıq şəkildə xarici agentlər haqqında qanunla razılaşmırlar.  



Mənbə