Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 2,5 min iş yeri bağlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bağlanan iş yerlərinin 1 340-ı və ya 53,5%-i qeyri-dövlət sektorunun, 1 160-ı və ya 46,5%-i isə dövlət sektorunun payına düşüb.
İş yerlərinin 51%-i və ya 1 275-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 49%-i və ya 1 225 iş yeri işə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.