Qəzza zolağının cənubunda HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin daha iki əsgəri ölüb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra həlak olan İsrail hərbçilərinin ümumi sayı 630-a çatıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.