XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır

Azərbaycan Malta ilə əməkdaşlığı genişləndirməyə hazırdır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında deyib.

C.Bayramov Maltanın ətraf mühitin mühafizəsi sahəsində təşəbbüslərini alqışlayıb.

O qeyd edib ki, İan Borqla görüş zamanı COP29 çərçivəsində ölkələr arasında potensial əməkdaşlıq da müzakirə olunub.