Tbilisidə keçirilən dünənki aksiyada 23 nəfər saxlanılıb

Mayın 2-də Gürcüstanın paytaxtı Tbilisidəki etiraz aksiyasında hüquq-mühafizə orqanlarının əməkdaşları 23 nəfəri saxlayıb.

Bu barədə “Mtavari Arxi” telekanalı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, ötən gün Tbilisidə minlərlə insan etiraz aksiyası keçirib. Əvvəlki günlərdən fərqli olaraq təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilən mitinqdə “Xarici agentlər haqqında” qanunun qəbuluna qarşı çıxan vətəndaşlar “Qəhrəmanlar” meydanında nəqliyyatın hərəkətini kəsiblər. Paytaxtın mərkəzindəki bu meydanda bir neçə küçə kəsişir, yerüstü keçidlər var və bu, Tbilisinin ən mühüm nəqliyyat qovşaqlarından biridir.