Ata-oğul birlikdə təsərrüfatı böyütmək üçün “Access Bank”dan 3 il müddət olmaqla 15 min manat kredit götürmüşdük və bunu da vaxtında ödəmişik. Elə aylar olub ki, vaxtından tez də ödənişlər olub. Amma oğlum şəhid olandan sonra bu pulu ödəməyə imkanıməz çatmadı, borclar yığıldı qaldı.
Bu sözləri Axar.az-a açıqlamasında 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatları zamanı şəhid olan Əkrəm Kəlbiyev atası Faiq Kəlbiyev deyib.
“Axı bu pulu ödəyən şəxs şəhid övladım idi, mən yox. İndi necə edim? Hazırda 6 min manat qalıq borcun üzərinə də faiz gəlir, amma mən yenə də ödəyə bilmirəm. Tək istəyim borcun bizə bağışlanmasıdır. Bu pulu övladım işlərimiz üçün istəmişdi, mənim adıma götürmüşdük”, – o bildirib.
Şəhid atasının sözlərinə görə, proses artıq məhkəməyə qədər gedib çıxıb:
“Əgər övladım vətən uğrunda canından keçməsəydi, şəhid olmasaydı, ödəyərdik. Necə ki, ödəmişik də. Sadəcə, indi bu pulu ödəmək imkanım yoxdur. Bank isə məni məhkəməyə verib. Nə qədər vəziyyəti izah etməyə çalışsam da, başa düşmürlər. Xahiş edirəm ki, şəhid övladımla birgə götürdüyümüz bu pulu bizə bağışlasınlar”.
Qeyd edək ki, Əkrəm Tahir oğlu Kəlbiyev 1993-cü il 13 avqustda Biləsuvar rayonu Aşağı Cürətli kəndində anadan olub. Şəhidlik zirvəsinə 2023-cü il 20 sentyabrda ucalıb.