Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur

 Müstəqil namizədlər ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki yarışında Amerikanın hazırkı lideri Cozef Baydeni ötməsinə mane olur.
Bunu “NBC”nin keçirdiyi sorğunun nəticələri sübut edir.
Seçicilərdən demokrat Bayden, Respublikaçı Tramp, müstəqillər kiçik Robert Kennedi, Kornel Uest və Yaşıllar Partiyasından Cill Stayn arasında seçim edilməsi soruşulub.

Respondentlərin 37%-i Trampın, 39%-i Baydenin lehinə olub. Digər 6% seçici qərarsız olduğunu söyləyib. Qalan 13% səs isə kiçik Kennedi, Uest və Steyn arasında bölüşdürülüb.

Lakin respondentlərdən yalnız Tramp və Bayden arasında seçim etmələri istənildikdə, keçmiş prezident 46%, hazırkı prezident isə 44% səs toplayıb. Sorğu iştirakçılarının daha 10%-i qərarsız olduqlarını bildirib.

Min nəfərin iştirak etdiyi sorğu 12-16 aprel tarixlərində aparılıb.



Mənbə