Sağ olun, Nailə həkim!
Həkim Bağirova Nailə Novruz qizi, Baki şəhəri N.Nərimanov Tibb Mərkəzinin ümümü paliklinikanin şöbə müdürü vəzifəsidə işləyir.
Həkimlə 2024 ildə, anami müalicə almaq məqsədilə N.Nərimanov Tibb Mərkəzinin ümümü paliklinikasinda tanış oldum. Nailə Həkim haqqında yalınız xoş sözlər deyə bilərəm.
Nailə həkim xəstələrə qarşı çox diqqətlidir. Apardığı müalicə böyük effektə malikdir. Bundan əlavə, bildiyiniz kimi, həkimin müalicəsi ilə yanaşı, onun xəstəyə fərdi yanaşması, xəstə ilə təmasını düzgün qurması da, müalicənin səmərəli olmasında böyük rol oynayır. Bu baxımdan Nailə həkim şöybə müdürü olmasına baxmayaraq, olduqca yüksək təcrübəyə malikdir.
Nailə həkimə həm işcilər, həmdə xəstələrin böyük hörmətini qazanmışdı. O, bu hörməti zəhməti ilə qazanıb. Əlbəttə, gələn xəstələri müalicə etmək xüsusi peşəkarlıq tələb edir. Nailə həkim isə öz insani və peşə xüsusiyyətləri ilə bu ağır işin öhdəsindən bacarıqla gəlir və xəstələrin böyük hörmətini qazanıb.
Nailə xanımın həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.
Təcrübəli həkim 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. Həmçinin əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanına layiq görülüb.
Və sonda anama çəkdiyi zəhmətə görə Nailə həkimə təşəkkür edirəm. Həyatda və işlərində uğurlar arzulayıram. Onun diqqət və qayğısı sayəsində yüzlərnən xəstələr, sağlamlığına bərpa olunmuşlar.
Biz də xəstənin təşəkkürlərinə və xoş sözlərinə qoşuluruq, Nailə həkimə şəxsi həyatında, ailədə və həkimlik fəaliyyətində böyük uğurlar arzu edirik.
Dunyaxeber.org D.Aliyeva