Mübariz Mənsimovun azadlığa buraxılması üçün Birinci vitse-prezidenti xanım Mehriban MÜRACİƏT 

Hörmətli Mehriban xanım!

Biz, Dünya ana və uşaqlar ictimai birliyi olaraq bir qrup teşkilatimızın üzvləri Palmali Şirkətlər Qrupunun təsisçisi və sahibi Mübariz Qurban oğlu Mənsimovun 15 mart 2020-ci il tarixində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən saxlanılması və ondan iki gün sonra məhkəmə qərarı ilə həbs edilməsi ilə bağlı olaraq Sizə müraciət edirik.  Mübariz Mənsimovun qardaş Türkiyə Cümhuriyyətində həbs olunması Azərbaycan ictimaiyyətini cox sarsitmişdi.

Mübariz Mənsimovun qardaş Türkiyə Cümhuriyyətində  Türkiyə iqtisadiyyatına milyardlarla dollar yatırımlar qoymuş bu şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türkiyədə həm də xeyriyyəçi kimi böyük nüfuz və hörmət qazanıb. Son 20 il ərzində 20 mindən çox tələbəyə təqaüd verən, Türkiyədə Bolu və Ardahanda 2 ibtidai məktəb binaşısını inşasını təmin edən şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türküyədə həm də vətənsevər, milliyətçi iş adamı, insanlara maddi və mənəvi dəstək olan, cəmiyyət üçün faydalı bir şəxsiyyət olaraq tanınır və sevilir.

“Hörmətli Mehriban xanım!

Mübariz Mənsimova qarşı irəli sürülən ittihamların əsassız olduğundan, onunla bağlı araşdırmaların ədalətli olacağına inandığımızdan, Türkiyə ədliyyə sisteminə güvəndiyimizdən sizə müraciət edib bildiririk ki, Mübariz Mənsimovun qanuna zidd hərəkətlərə yol verməsi və ya onun hər hansı qanunsuz əməldə iştirak etməsi ehtimalına inanmırıq. Odur ki, bizim teşkilatin üzüvləri sizdən xahiş edirik ki Mübariz Mənsimovun barəsind həbs qətiimkan tədbirinin dəyişdirilməsinə və  onun azadlığa buraxilmasinda yardımçı olasınız . Aparılan istintaq nəticəsində ən qısa müddətdə Mübariz Mənsimovun günahsız olaraq tanınacağına inamımız sonsuzdur. Əminik ki, Mübariz Mənsimovun bütün fəaliyyəti hər iki qardaş dövlətə: Azərbaycana və Türkiyəyə xidmət, sədaqət və sevgi üzərində qurulub.  Mübariz Mənsimovun həbsdən azad edilməsi ilə ədalətin zəfər çalmasına yardımçı olacaqsiz. Milyonlarla azərbaycanlının qəlbində bəslənilən Türkiyə sevgisıni daha da gücləndirəcəksiniz.

Dünya ana və uşaqlar ictimai birliyinin sədri

Dünyaxanim.Əliyeva