Demək olar ki, bütün ölkələr öz vətəndaşlarına adı gedən ölkələrə səfər etməməyi, orda olanları da çıxmağı məsləhət görür.
Diqqət çəkən əsas məsələ isə Hizbullahın İsrailə kütləvi raket zərbələridir. Hizbullahın birinci kütləvi raket zərbələrindən sonra ikinci dalğanın başlayacağı iddia edilir. Əgər ikinci və üçüncü dalğa kütləvi raket zərbələri olacaqsa, bu həm də hava hücumlarından müdafiə sistemlərini tükətməyə hesablana bilər. Hizbullahla yanaşı Qəssam Briqadaları da kütləvi raket zərbələrinə başlayıb. Belə ki, İran əgər bu gecə hücum edəcəksə, Hizbullahın bu addımı məntiqi olacaq.
Bundan əlavə İrana bağlı İraqdakı, ümumiyyətlə, yaxın şərqdəki bütün qruplar hücum mesajları verir.
ABŞ gəmilərinin və əlavə hərbi təyyarələrinin regiona göndərilməsi də vəziyyətin ciddi olduğunu göstərir.
Hücumun olma ehtimalı var. Ancaq təhdid və şantaj ehtimalı da yüksəkdir.
İranın ən zəif yeri hava hücumundan müdafiəsi ilə bağlıdır.
Baş verənlər danışılmış, Netanyahunun getməsinə də hesablana bilər.
İranla İsrailin bir-birinə zərbələr endirməsi dağıntı, itkilərlə nəticələnə bilər, ancaq bu hardan baxsaq cəza xarakterli olacaq. Diqqətimi çəkən İsrailin Qolan təpələrindəki minalanmış sahəni partladaraq təmizləməsi və Suriya istiqamətinə qoşun yığmasıdır. Tərəflərin üz-üzə gələcəyi ən ideal yer də məhz Suriya ərazisidir. Onsuzda poliqon idi.
Səxavət Məmməd
TEREF