Qüdsi Osmanov Rumuniyalı nazirlə görüşdü

.Ruminiyanın Mədəniyyət naziri xanım Raluca Turcan  Azərbaycanın Rumuniyadakı səfiri Qüdsi Osmanovla görüşüb.

“Ruminiya və Azərbaycan  arasında iqtisadi əməkdaşlıq sektorunda yaı bir əməkdaşlıq,mədəni əlaqələrin daha da inkişafı istiqamətində mühüm töhfələr verə bilər”-deyən xanım nazir əlavə edib.

Mədəni münasibətlərlə bağlı işbirliyinin inkişafı, eyni zamanda bu il Craiova’da keçiriləcək  Beynəlxalq  Shakespeare Festivalına azərbaycanlı incəsənət nümayəndələrinin iştirakını dəstəklənməsi, görüşdə əsas müzakirə mövzusu olub.


Mənbə