Peak Network tərəfindən təşkil olunan 🇦🇿Azərbaycan 🇺🇿 Özbəkistan 🇹🇷 Türk İş Adamları Birliyi üçün Səfər proqram layihəsi uğurla baş tutdu . Azərbaycanlı iş adamlarının Özbəkistana səfəri zamanı rəsmi görüşlər uğurla keçdi.
Görüşdə şirkətlərarası əməkdaşlıq məsələləri müzakirə olundu.
Peak Network tərəfindən təşkil olunan 🇦🇿Azərbaycan 🇺🇿 Özbəkistan 🇹🇷 Türk İş Adamları Birliyi üçün Səfər proqram layihəsi uğurla baş tutdu . Azərbaycanlı iş adamlarının Özbəkistana səfəri zamanı rəsmi görüşlər uğurla keçdi.
Görüşdə şirkətlərarası əməkdaşlıq məsələləri müzakirə olundu. Bu səfərin əsas məqsədlərindən biri də yerli şirkətlərin istehsal etdiyi məhsulları xarici bazarlara ixrac edib bizneslərini genişləndirməkdən ibarətdir. Özbəkistanda iş adamlarıyla müxtəlif görüşlər təşkil olundu. Hər iki şirkətin arasında əməkdaşlıq münasibətləri müzakirə edildi.
Səfərin növbəti günü iştirakçılar Özbəkistanın ikinci ən böyük şəhəri Səmərqəndin tarixi məkanlarını , abidələrini ziyarət etdilər. Tarixi abidə bələdçiləri iştirakçıları salamlayaraq Səmərqəndin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı barədə ətraflı məlumat verdilər .
İlk öncə səfər iştirakçıları Əmir Teymur abidəsiylə tanış oldular. Burada Əmir Teymurun mənalı həyatını və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer almışdı.
Daha sonra Orta Asiyanın Türk memarlığının nadir nümunələrindən olan Registan meydanı ilə tanışlıqdan sonra digər mədəniyyət və istirahət parkını ziyarət etdilər. Səmərqənddə salınan miniatür Səmərqənd Parkında olan səfər iştirakçıları inkişaf dövrünü yaşayan Özbəkistanın qədim tarixi-memarlıq abidələri ilə yaxından tanış oldular.
Səfərin növbəti günü isə iştirakçılar AZƏRBAYCAN RESPUBLIKASININ ÖZBƏKISTAN RESPUBLIKASINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHIYYƏTLİ SƏFİRİ HÜSEYN QULİYEV ilə görüşdülər.
Baş səfirlik çay süfrəsi ətrafında Azərbaycandan gələn heyəti salamlayaraq proqram iştirakçılarına uğurlar arzu etdi. O bildirdi ki, Azərbaycanla Özbəkistan arasında hər sahədə əməkdaşlıq ən yüksək səviyyədədir.
Cənab səfir görüş zamanı belə bir səfərin təşkilatçılığına görə, Peak Network direktoru Aysel Mirzəyeva, icraçı direktor Aynur İsmayılovaya təşəkkür edərək bu kimi səfərlərin müntəzəm olaraq təşkil olunmasını tövsiyə etdi. Səfir Hüseyn Quliyev diplomatik nümayəndəliyin Azərbaycandan Özbəkistana səfər edəcək iş adamlarına hər cür dəstək göstərəcəyini qeyd etdi ”. Peak Network tərəfindən Cənab Səfirə hədiyyələr təqdim olundu. Eyni zamanda Proqram iştirakçıları da səmimi qəbula görə baş Səfirlik nümayəndələrinə təşəkkür etdilər. Görüşün sonunda xatirə şəkli çəkildi.
Səfərin növbəti günü iştirakçılar Özbəkistanın Daşkənd şəhərində yerləşən “ Daşkənd Kimya Texnologiya Üniversitetini ziyarət etdilər.
İştirakçılar universitetin iş prinsipi ilə yaxından tanış oldular. Sonda iştirakçılara beynəlxalq sertifikat təqdim olundu. Görüşün sonunda xatirə şəkli çəkildi.
İdarəçilik, liderlik və şəxsi effektivlik mövzularında peşəkar təlimçi Fəxri Ağayev
tərəfindən 🇦🇿Azərbaycan 🇺🇿 Özbəkistan 🇹🇷 Türk İş Adamlarına Özbəkistan səfərində təlim keçirildi.
Fəxri Ağayev təlim iştirakçılarına uğur qazanmağın yolları və biznes idarəçiliyi haqda məlumat verdi.
O bildirdi ki, peşəkar inkişafda ən önəmli faktorlardan biri davamlılıq və zəhmətdir.
Fəxri Ağayev təlim iştirakçılarına vaxtın idarəolunması və düzgün planlama haqqında da məlumat verdi.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Qeyd edək ki, Peak Network tərəfindən təşkil olunan 🇦🇿Azərbaycan 🇺🇿 Özbəkistan 🇹🇷 Türk İş Adamları Birliyi üçün Səfərə Azərbaycanın müxtəlif bölgələrindən və fərqli sahələrdən şirkət rəhbərləri , idarəçilər iştirak edib .