Türkiyədə 31 martda yerli idarəetmə orqanlarına ümumi seçki ilə bağlı daha bir ölüm hadisəsi baş verib.
Böyük Birlik Partiyasından (BBP) İskenderun bölgəsi üzrə bələdiyyə sədrliyinə namizəd Muzaffer Sezgin dünyasını dəyişib.
Onun keçirdiyi infarkt səbəbindən öldüyü bildirilib. Xəstəxanaya yerləşdirilən Muzaffer Sezginin həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, daha əvvəl Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Ereğli Bələdiyyə Məclis üzvü namizədi Hüseyn Çakır vəzifə seçki məntəqəsində olarkən infarkt keçirərək dünyasını dəyişib.
Həmçinin Türkiyənin Denizli vilayətinin Tavas rayonunda CHP-nin ofis binasının eyvanı çöküb və nəticədə Tavas rayonunun bələdiyyə sədrinin müavini Mehmet Palaz həyatını itirib.
Mənbə: Haber Global