Supermarketlərin yarısı bağlanacaq – Marketoloqdan proqnoz

5 ilə market şəbəkə şirkətləri mağazalarının ən azı yarısını bağlamalı olacaqlar.

Dunyaxeber.org/az xəbər verir ki, bunu tanınmış marketoloq Pərviz Əzimov deyib. O bildirib ki, buna səbəb 24 saat fəaliyyət göstərən supermarketlərin sayının çox olmasıdır:

“Bakıda az qala hər 2-3 binaya bir supermarket düşür. Boş yer tapan kimi şəbəkə marketlər dərhal orda yeni market açır. Əvvəllər nadir rast gəlinən 24 saat super və hipermarketlər indi hər 500 metrdən birdir. Bu arada dünyanın heç bir normal ölkəsində 24 saat işləyən hipermarket olmur. Olsa da, bir şəbəkənin 1000 mağazasından 2-3 ədədi 24 saat işləyər”.

Mütəxəssis deyir ki, Azərbaycanda aqressiv bazar payı rəqabəti ilə bağlı hər 3 marketdən biri 24 saat işləyir:

“24 saat hipermarket işlətmək zərərə market işlətməyə bərabərdir. Çox yox, 5 ilə market şəbəkə şirkətləri mağazalarının ən azı yarısını bağlamalı olacaqlar. Çünki yarıdan çoxu zərərlə işləyir və onlayn ticarət addım-addım gəlir. Çoxunun əlində qalan sadəcə dəmir vitrinlər olacaq”.