Layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın olduğu “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Novruz Bütöv Azərbaycanda” adlı sərgi YAP Yasamal Rayon Təşkilatında keçrildi.
Sərgidə 100 müxtəlif yaş qruplarından olan rəssam iştirak edirdi. Azərbaycan Dövlət Pedaqoji Universitetin baş müəllimləri Səmayə Rzayeva, Ofeliya Sarıyeva , Naibə Vəliyeva, Sevinc Hacıyeva, Səyyar Əliyev, İdrak Novruzov, Tərlan Eyvazov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaida Mirzəzadə, RF – ART” Studionun rəhbəri və müəllimi Fidan Rüstəmzadə tələbələri ilə, “EDİQRATA” Tədris Mərkəzinin müəllimi Şəbnəm Nəbiyeva , ixtiraçı , yazar Azim Mirzəliyev Mehriban Əliyeva, ULYA – ART Studionun rəhbəri və müəllimi Ülkər Məmmədova, Sumqayıt şəhər 2 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin və Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana klubun müəllimi Günel Aslanova , ABC Schoolun və English For Kids Tədris Mərkəzinin müəllimi Arzu Məmişova , Tamerlan ArT Studionun rəhbəri və müəllimi Tamerlan Məmmədov tələbələri ilə iştirak edirdilər.
Media nümayəndələri olaraq Dunyaxeber.org saytının rəhbəri Dünyaxanım Əliyeva , ART TV Azərbaycan kanalının operatoru Xatirə Məmmədova, Xebertime.az saytının rəhbəri Yeganə Telmanqızı iştirak edirdilər.
Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev sərgi iştirakçılarını və qonaqları salamlayaraq Novruz bayramı münasibətilə təbrik etdi . Sərgilənən əsərlərin biri-birindən maraqlı olduğunu Novruz bayramını əks etdirdiyini bildirib iştirakçılara uğurlar arzuladı. Yeniyetmə və gənclərin fəal şəkildə vətənpərvərlik ruhunda tərbiyə olunmasında , sərgilərin mövzulara aid təşkil olunmasında mühüm xidmətləri olan layihə rəhbəri və təşkilatçı Aygün Əzizovaya və Beynəlxalq Qalereyanın Direktoru Elnurə İsgəndərovaya təşəkkür edib çıxış üçün söz verdi . Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Novruz bayramının tarixi və dəyərləri haqqında məlumat verdi. Rəssamların mövzunu həvəslə işlədiklərini bildirdi və uğurlar arzuladı . Sonda diplomlar təqdim olunub, xatirə fotoları çəkildi.
Müxbir : Aygün Oqtay
Fotoqraf: Camal