Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yeni ofisində ilk iclas keçirilib – FOTOLAR

Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya ayrılan yeni ofisdə şuranın ilk iclası baş tutub.

QHT.az xəbər verir ki, iclasda İctimai Şuranın 9 üzvündən 7-si iştirak edib. 1 nəfər isə iclasa onlayn qatılb, bir nəfər isə üzürlü səbəbdən toplantıya qatıla bilməyib.

İclasa İctimai Şuranın sədri Ramil Əliyev sədrlik edib. Bu sahə ilə bağlı bir sıra məsələlər müzakirə edilib, qarşıya qoyulan vəzifələrdən danışılıb.

İclasda həmçinin Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvlərinin etik davranış qaydaları, İctimai şuranın Reqlamenti və Fəaliyyət planı təsdiq edildib.

Fotolar