Dünyada İslamı qəbul edən milyardlarla insan var. Müsəlmanlar eyni müqəddəs kitaba inansalar da, müxtəlif coğrafiyaların mədəniyyətləri ilə böyüyən xalqlar 11 ayın sultanı sayılan Ramazan ayını fərqli adət-ənənələrlə qarşılayırlar.
Bu ölkələrdən biri Misirdir.
Bu ölkədə Ramazan ayının gəlişi ilə yol kənarlarında, dükanlarda, evlərin eyvanlarında naxışlı fənərlərə rast gəlinir. Ramazan çıraqları olaraq tanınan bu fənərlər Misirdə Fatimilər sülaləsi tərəfindən miras qalıb. Misirlilər inanırlar ki, bu naxışlı fənərlər ölkələrinə birlik, bərabərlik, xoşbəxtlik gətirir. Bundan başqa misirlilər iftar süfrəsində süddə isladılmış xurma ilə oruclarını açırlar. Lakin yemək yeməyi axşam namazından sonraya qədər təxirə salırlar. Obaşdan üçün isə əzilmiş lobyadan hazırlanan təam yeyirlər. Bu yemək onları gün ərzində tox və gümrah saxlayır.
Yəməndə Ramazan ayında kişilərin gözlərinə sürmə çəkdiyini görsəniz, təəccüblənməyin. Yəmən kişiləri əsrlərdir ki, Ramazan ayında Məhəmməd peyğəmbərin gözlərinə sürmə çəkmək ənənəsini davam etdirirlər. Yəməndə Ramazana xas olan digər bir ənənə evlərin rənglənməsidir. Kifayət qədər maddi imkanı olan yəmənlilər evlərini rənglədiyi halda, nisbətən aşağı gəlirləri olanlar sadəcə yuyub təmizləməklə kifayətlənməli olurlar. Yəməndə daha bir ənənə Ramazan ayı gəlməmişdən əvvəl xeyriyyəçilər tərəfindən məscidlərin xalçalarının yenilənməsidir.
Əhalinin təxminən 90 faizinin müsəlman olduğu Pakistanda Ramazan ayı böyük coşqu ilə qeyd olunur. Hələ Ramazan ayı başlamamış məscidlər, ibadət evləri təmizlənir, bəzənir. Pakistanda məscid və ibadət ocaqlarında iftar vermək əsrlərdən bəri davam edən bir ənənədir. Bundan əlavə Pakistanda ailələr açıq yerlərdə bir araya gələrək yeni ayın doğulmasını birlikdə müşahidə edirlər. Yeni ay görünəndə qadınlar Şəvval ayının gəlişini qeyd etmək üçün “Mehndi” adlı xına ilə əllərinə müxtəlif bəzəklər çəkirlər.
Ramazan ayının xüsusi təntənə ilə qeyd edildiyi ölkələrdən biri də İndoneziyadır. İndoneziyada Ramazan ayında iftardan sonra insanlar kukla tamaşalarına tələsirlər. Adətən iftardan sonra ictimai yerlərdə və yarmarkalarda göstərilən “Vayanq qolek” adlı əyləncəli kukla tamaşaları İndoneziyada Ramazan gecələrini unudulmaz edən detallardan biridir. Təbii ki, İndoneziyada maraqlı Ramazan ənənələri bununla məhdudlaşmır. İndoneziyada illərdir davam edən ən maraqlı ənənələrdən biri olan təmizlənmə ritualıdır. Bu ənənə əsasən, Mərkəzi Yava və Cokyakarta bölgəsində icra edilən bir ənənədir. İnsanlar çay, göl, su quyusu kimi yerlərin kənarına gedirlər. Bu yolla insanlar Hamısıaha daha yaxın olduqlarına inanırlar. Bu ənənə sayəsində təkcə bədən deyil, ruhun da təmizləndiyinə etiqad olunur.
Qırğızıstanda Ramazan ayında əsrlərdir davam edən bir ənənə hələ də yaşamaqdadır. “Ca Ramazan” adlanan bu ənənədə uşaqlar və gənclər Ramazan ayının 15-ci günündən sonra toplaşırlar. Onlar bir-bir atlı və ya piyada şəkildə küçələrdə dolaşır, bütün qapıları döyərək müxtəlif ölkəyə məxsus musiqi alətlərinin müşayiəti ilə dua, istək və niyyəti özündə əks etdirən bayatılar oxuyurlar. Uşaq və yeniyetmələrin bu xoş dualarına cavab olaraq onlara müxtəlif nemətlər təklif edilir.
Bu adətlər nə qədər biri-birindən fərqlənsə də, hər biri Ramazan bayramına ayrı bir gözəllik və rəng qatır.
Mənbə: Kocbayi.com.tr