Sumqayıtda ağacları qəsdən qurudurlar? – YENİLƏNİB + FOTO/VİDEO

Sumqayıt şəhərində ağacları qurutmaq üçün dibinə neft tökülməsi ilə bağlı rəsmi açıqlama verilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələdən xəbərdardırlar və hazırda qurumun əməkdaşları tərəfindən araşdırma aparılır.

09:26

Sumqayıt şəhərində ağacların dibinə neft töküldüyü iddia edilir.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.  

Sumqayıt sakini iddia edir ki, şəhərin 18-ci mikrorayon ərazisində olan yaşlı ağacların quruması üçün diblərinə neft tökülüb.

Videonu təqdim edirik:

Əzizə İsmayılova

Mənbə