NATO baş katibi Azərbaycanda səfərdədir – YENİLƏNİB + FOTO/VİDEO

NATO-nun baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

https://www.youtube.com/watch?v=VHfsF_tC_vU

18:43

NATO baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.

Bu barədə NATO-nun “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, NATO baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.

 



Mənbə