Məşhur supermodelə xərçəng diaqnozu qoyulub – FOTO

Dünyaca məşhur amerikalı supermodel və aktrisa Kristi Brinkliyə dəri xərçəngi diaqnozu qoyulub.

Bu barədə aktrisa özünün “Instagram” səhifəsində məlumat verib.

Dərisində Bazal Hüceyrəli Karsinoma (bədxassəli xərçəng şişi) aşkar edilən aktrisa əməliyyat olunub.

Həkimlər qeyd ediblər ki, Bazal Hüceyrəli Karsinoma dəri hüceyrələrindən əmələ gələn, yavaş böyüyən, amma metastaz əmələ gətirə bilməyən bədxassəli şişdir.

Keçən əsrin 80-ci illərdən filmlərdə epizodik rollar alan Kristi Brinkli bildirib ki, indi dərisini günəş şüalarından qoruyaraq sağlamlığına daha ciddi yanaşmalıdır.

Son illər əsasən seriallarda rol alan model, həmçinin pərəstişkarlarına dəri xərçəngi kimi dəhşətli xəstəliklərin qarşısını almaq üçün günəş kremi və digər vasitələrdən istifadəyə laqeyd yanaşmamağı tövsiyə edib.

Mənbə