Türkiyənin pilotsuz hava hücumundan müdafiə vasitələri arasında əhəmiyyətli yerə sahib olan “Bayraktar Akıncı” “Roketsan” şirkətinin istehsalı olan “İHA-122” səsdən sürətli raketinin atış sınağını müvəffəqiyyətlə başa vurub.
Dunyaxeber.org-un məlumatına görə, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “X” hesabında “Türk aviasiyasının qızıl çağı” başlığı ilə sınaqların görüntülərini paylaşıb.
Qeyd edək ki, “İHA-122” raketi yüksək dəqiqliyə, sürətli atəş dəstəyinə, aşağı/yüksək trayektoriya və yüksək manevr qabiliyyətinə malikdir.