Rusiyanın Voronej vilayətində raket təhlükəsi elan edilib, sakinlərdən sığınacaqlara getmələri istənilib.
Bu barədə vilayət qubernatoru Aleksandr Qusev özünün “Telegram” kanalında məlumat verib.
“Hörmətli Voronej sakinləri! Diqqət, regionda raket təhlükəsi elan edilir! Əgər evdəsinizsə, möhkəm divarları olan və pəncərələri olmayan otaqlara sığınmaq lazımdır. Bu, dəhliz, hamam, anbar ola bilər. Əgər küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa girin”, – deyə o, sakinlərə çağırış edib.