Qaynarinfo xəbər verir ki, tenderin qalibi “İS.M.M.” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqvailəsinin maliyyə dəyəri 925 905,34 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İS.M.M.” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
Şirkətin ilk qanuni təmsilçisi Xudiyeva Mürvəq Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər “İS.M.M.” “MC-ni təmsil edib. Həmin ildən şirkətin qanuni təmsilçisi Nadir Xudiyevdir.
Açıq mənbələrdə bu şəxslərin heç bir haqqında hər hansı məlumata rast gəlinmir. “İS.M.M.” MMC barəsində heç bir məlumat yoxdur.
Gədəbəy Rayon İcra Hakimiyyəti vaxtaşırı yolların təmiri və abadlıq işləri ilə bağlı tender keçirir. Ötən il 7 belə tender keçirilib. Bu tenderlərdə görüləcək işlər üçün təklif edilən qiymətlərin ümumi dəyəri 1 749 219,27 AZN-dir.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ildən bu vəzifəni daşıyır.