Fındığın qiymətində belə bir artımın səbəbi nə olar bilər? Bayrama yaxın daha da bahalaşma ola bilər?
KONKRET.az xəbər verir ki, bu mövzu haqqında iqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında danışıb.
“Əslində, bu normal bir dəyişiklikdir. Hətta biz ötən illərin təcrübəsinə nəzər salsaq, çərəz və quru meyvələrin, badam, qoz və s. ucuzdur. Onların arasında sadəcə fındığın baha olduğunu müşahidə edirik. Təbii ki, daha ucuz olmağı yaxşı olardı amma keçən illərlə müqayisədə hazırda da münasib qiymətlər bazarda hökm sürür”.
Ekspert bildirib ki, qiymətin artması həm də tələbin çox olmasından asılı olan bir faktordur. Bu normal bazar konyunkturasıdır.
“Bu məsələdə konkret fikir söyləmək çətindir. Çünki bu insanların tələbatından asılı olaraq dəyişir. Tələbat kəskin artarsa, insanlar çox alış edərsə, qiymət daha da artacaq. Hətta bu digər məhsullarda da baş verə bilər. İstənilən halda mart ayında, bayram qabağı qiymətlərin artması həm gözlənilən, həm də normal prosesdir”.