“Volodimir Zelenski və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məhv edilə bilər, çünki ABŞ üçün onlar “istifadə olunmuş fiqurlara” çevriliblər”.
Dunyaxeber.orgxəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsininin keçmiş analitiki Larri Conson “Dialogue works” “YouTube” kanalına müsahibəsində deyib .
Ekspert qeyd edib ki, ABŞ-ın məzəmmət edilən və alçaldıcı insanlarla uzun müddətdir razılaşmaları var.
“Onlara artıq ehtiyac qalmayanda biz onlardan qurtuluruq” – Conson deyib.
O, deyib ki, Zelenski və Budanov tezliklə Qərbin onlara ehtiyacı olmadığını öyrənəcəklər.
“Zelenskinin bəxti gətirə bilər, o, sağ qalacaq və gizlənəcək. Bununla belə, Ukrayna prezidentinin vəzifədən kənarlaşdırılma ehtimalı yüksək olaraq qalır”, – Conson əlavə edib. /publika.az/