Rusların aeroportdan çıxarılması çirkin manipulyasiyadır – Mamicanyan

 “Ermənistan rəhbərliyinin Rusiya sərhədçilərinin İrəvandakı Zvartnots aeroportundan çıxarılması ilə bağlı söhbəti çirkin manipulyasiyadır”.

Bunu Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan jurnalistlərə bildirib.

O əlavə edib ki, hakimiyyətdən fərqli olaraq, sərhədçilərin hansı əsasda yerləşdirildiyini yaxşı başa düşür:

“Bu, xarici Avrasiya sərhədi və KTMT-nin xarici sərhədidir”.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin təmsilçiləri müxtəlif səviyyələrdə Rusiya sərhədçilərinin hava limanından çıxarılmasının zəruriliyi barədə danışıblar.

Mənbə