Mavrikiy vəba epidemiyası şübhəsi ilə Norwegian Davn kruiz gəmisinin sərnişinlərinin paytaxt Port Luisdə enməsinə icazə verməyib.
Dunyaxeber.orgxəbər verir ki, Şərqi Afrikadakı Mavrikiy ada dövləti epidemiya riski ilə bağlı narahatlıqlar səbəbilə Norwegian Dawn kruiz gəmisinin paytaxt Port Luisdə lövbər salmasına icazə verməyib.
Beynəlxalq agentliklərdəki xəbərlərə görə, gəmidə 2 min 184 sərnişin və 1026 ekipaj üzvü var.
Norwegian Cruise Line Holdings-in rəsmisi bildirib ki, Cənubi Afrikaya səfər zamanı sərnişinlərdə yüngül mədə xəstəliyinin əlamətləri müşahidə olunub. Ən azı 15 nəfər karantinə alınıb.
Dünən götürülən nümunələrin test nəticələrinin sabah açıqlanması gözlənilir.
Sözügedən gəmidə olan Hollandiyalı bir sərnişin kapitanın gəmidə vəba epidemiyası ola biləcəyini söylədiyi iddia edib.
Eltac Zülfüqaroğlu/Turkustan.az