“Abrams” tankları döyüşdə – Ukrayna ilk görüntüləri yaydı (VİDEO)

Ukrayna Müdafiə Nazirliyi Avdeyevka istiqamətində ABŞ-nin “Abrams” tanklarından istifadənin ilk videosunu yayımlayıb.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin “Facebook”-da paylaşdığı videoda “Abrams”-ın döyüşdə iştirakı əks olunub.

Nazirliyin şərhində deyilir: “Bu, “Abrams” tankının döyüşdə istifadəsinə dair ilk videodur. Ekipaj 47-ci briqadanın hərbi qulluqçularıdır. Yer Avdeyevka istiqamətidir”.

Ukrayna Müdafiə Nazirliyi ABŞ-yə bu silahlara və ümumilikdə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib.