Xocalı hadisələrinin yeni nəslə, ümumiyyətlə, dünya ictimaiyyətinə çatdırılmasında səylərin birləşdirilməsi vacibdir
Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində unudulmaz, acı bir səhifə buraxıb. 1992-ci ilin 26 fevralında 600-dən çox insanımızı qətlə yetirən ermənilər diasporları vasitəsilə boş dayanmır. Əsrin ən böyük faciəsi- Xocalı soyqırımını Ermənistan törətmişdir. Ancaq etdikləri qırğınları öz üzərlərindən atmağa çalışırlar. Bu gün Xocalı dəhşətlərinin şahidi olan soydaşlarımızla yanaşı, türkmən, qazax, tatar, yəhudilər də ermənilərin xalqımıza qarşı törətdikləri cinayətləri lənətləyirlər. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.
Xocalı faciəsində dünyanın 32 ölkəsindən 47 jurnalist iştirak etmişdir. Onların arasında insan faciəsinə göz yuma bilməyən jurnalistlər də olmuşdur. Həmin jurnalistlərdən biri də Amerika Birləşmiş Ştatlarından olan Tomas Qoltsdır. Tomas həmin faciələri öz gözləri ilə görmüş və o faciləri lentə almışdır. Amerikya getdikdən sonra Xocalı faciəsindən bəhs olunan “Azərbaycan Gündəliyi” kitabını yazmış, “Xocalı faciəsi” adlı bir film də hazırlamışdır. Bir neçə il öncə ABŞ-da Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərin birində həmin film nümayiş olunmuşdur. Maraqlıdır ki, Tomas özü tədbirdə ağlayarq çıxış etmişdir. O demişdir ki, Xocalı faciəsi ömürünü 20 il geiri atıb. Xatırladaq ki, ötən il Tomas Qolts 68 yaşında dünyasını dəyişib.
Türk qanına susayan ermənilər heç zaman belə facilər törətməkdən doymayıblar. Bu faciələin yeni nəslə, ümumiyyətlə, dünya ictimaiyyətinə çatdırılmasında səylərin birləşdirilməsi vacibdir. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsi haqqında danışarkən demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”. Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciələrindən biridir və mənfur ermənilərin törətdiyi vəhşiliklər Xatın və Sonqmi faciələri ilə müqayisə oluna bilər. Azərbaycanla yanaşı, xarici ölkələrdə səfrliklərimiz və soydaşlarımız tərəfindən Xocalı faciəsinə həsr olunmuş xatirə gecəsi və dəyirmi masalar təşkil edilir. Tədbirlərdə ekspertlər, siyasətçi və alimləri, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, tələbə və doktorantlar Xocalı soyqırımı mövzusu ətrafında fikir mübadiləsi aparırlar. Toplantılarda “Xocalıya ədalət” kampaniyasının təbliğati materialları təqdim edilir. Dəyirmi masalarda soyqırımın beynəlxalq aləmdə insan hüquqlarına qarşı törədilmiş cinayət kimi qiymətləndirilməsinə nail olunması yolları haqqında müzakirələr aparılır.
Bu tədbirlərdə 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdiyi dəhşətli soyqırım aktı barədə geniş danışılır. Soyqırım zamanı öldürülənlər, girov götürülənlər, əlil və itkin düşənlər haqda məlumat verilir. Azərbaycan hökumətinin Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətini Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi ilə bağlı araşdırma apardığı barədə də danışılır. Görüşlərdə ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi qanlı faciələrdən bəhs edən kitablar təqdim edilir.
Bu gün artıq Xocalı faciəsini törədənlərin cəası verilir. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalı faciəsinə görə ağrı yaşasaq da, bu gün torpaqlarımızın işğaldan azad olunması hər birimizi qürurlandırır. Biz heç zaman şəhidlərimizi unutmayacağıq. Azərbaycan dövləti artıq öz gücünü Ermənistana göstərmişdir. Bundan sonra bu separatçı ölkə Azərbaycan qarşı hər hansı işğalçı addım atmağa cəhd edə bilməz.
Paşazadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi