Beyni gücləndirən ən təsirli qidalar

Beyin üçün faydalı olan və beyni gücləndirən qidaları çoxdur.

Lakin onlardan bəziləri daha güclüdür və birbaşa təsir edir.

Turkustan.az həmin qidaları təqdim edir:

*Darçın

Bir çox sinir sistemi problemlərinin qarşısını almaq və ya yaxşılaşdırmaq üçün müntəzəm olaraq istehlak edilə bilər. Onun qoxusu belə, zehni funksiyanı artırır.

*Zərdəçal

Tərkibindəki “curcumin” adlı tərkib hissəsi Alzheimer xəstəliyinin yaranmasının qarşısını ala bu bilər.

*Reyhan

Reyhan yağı yaddaş və konsentrasiyanı yaxşılaşdırır.

*Bibər

Bibərdə ona dad verən və beyində beta endorfinlərin miqdarını artıran, koqnitiv funksiyanı yaxşılaşdıran, əhval-ruhiyyəni yaxşılaşdıran və sakitləşdirən ədviyyat olan piperin var. Bunun sayəsində beyin sakit funksiyasını qoruya bilər. /cebheinfo.az/