Ağdamda daha bir müəssisə yaradılır – Nazir açıqladı

Qreys.A. MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib.

Nazir qeyd edib ki, şirkət Parka 6,5 milyon manat investisiya yatıraraq sement və beton qatqıların istehsalı müəssisəsi yaradacaq.

“Müəssisədə 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – o qeyd edib.

Mənbə