Eritreyadan olan miqrantlar Haaqa küçələrində polisə qarşı silahlı iğtişaşlar törədiblər.
Onlar hüquq-mühafizə orqanlarının bir neçə avtomobilini yandırıblar. Qanun keşikçilərinə pirotexniki vasitələr, yol nişanları və hətta velosipedlərlə hücum olunub.
Hadisə şahidlərinin sözlərinə görə, icazəsiz aksiya iki əcnəbi qrup arasında baş verən və səbəbi məlum olmayan münaqişə nəticəsində başlayıb. Qarşıdurma kütləvi iğtişaşlara çevrilib. Dəyənəklərlə silahlanmış eritreyalılar mağazaları dağıdıblar və polisə hücum ediblər.
Buna cavab olaraq asayiş keşikçiləri xüsusi texnikadan istifadə etməli olublar. Şəhərin meri Yan Van Zanen təhlükəsizlik qüvvələrinə gözyaşardıcı qazdan istifadə etməyə icazə verib, eyni zamanda ərazidə fövqəladə vəziyyət elan edib.