Qırmızı dənizdə daha bir gəmiyə hücum edilib.
Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi məlumat yayıb.
“Hadisə ilə bağlı araşdırma aparılır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə dəniz qüvvələrinə məlumat vermələri məsləhət olunur”, – məlumatda bildirilib.
Gəmiyə dəymiş ziyan və itkilər barədə məlumat verilməyib.