Moskvadan tələb: “Putin Ermənistana gəlsə…”

Rusiya Prezidenti Vladimir Putinin Ermənistana mümkün səfərindən əvvəl rəsmi Moskva Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) üzvlüklə bağlı erməni tərəfdaşlarından müəyyən təminat almalı, bu məsələ həll olunmalıdır.
Xalqxeber.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Ermənistanın beynəlxalq nizamnaməyə (Roma Statutu) qoşulması ilə bağlı yeni reallıq ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Əlbəttə, burada erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir. Bu məsələni ikitərəfli dialoq çərçivəsində həll etmək lazımdır, bunu etməyə hazırıq”, – Peskov bildirib.

Mənbə