ABŞ Konqresi Türkiyəyə 40 yeni F-16 qırıcısının satışı və mövcud F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləməyə qərar verib.
Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi X səhifəsində məlumat yayıb.
“Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”, – məlumatda qeyd olunub.