Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına gənc istedadli gəncdən şikayyət

                                                                                           ƏRİZƏ

 

Hörmətli   Cənab Ali Baş Komandan!         

Mən  Cəfərov Urfan Asif oğlu 1996-cı ildə Şəmkir şəhərində anadan olmuşam. Uşaq yaşlarından musiqi məktəblərində, daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr və magistratura pilləsində təhsil almışam. Xalq artistləri, professor Fidan Qasımova və Xuraman Qasımovaların sinfini fərqlənmə diplomu ilə bitirmişəm.

Uşaq və gənclər arasında keçirilən bir çox mahnı müsabiqələrinin, müxtəlif beynəlxalq festivalların iştirakçısı və laureatı  olmuş, respublika üzrə dövlət, xeyiriyyə və zəfər tədbirlərində, xarici ölkələrdə keçirilən dövlət əhəmiyyətli konsertlərdə və festivallarda ölkəmizi hər zaman layiqincə təmsil etmişəm. Vokal sənəti sahəsində əldə etdiyim yüksək nəticələrə görə dəfələrlə müvafiq qurumlar tərəfindən çox sayda fəxri fərmanlara, sertifikatlara və diplomlara layiq görülmüşəm.

Hətta bu il mədəniyyətimiz üçün tarixi nəaliyyətlər əldə etmişəm. Belə ki,  Respublika və Beynəlxalq müsabiqələr laureatı, Opera ifaçılarının Avropa çempionu, Gənclər Mükafatçısı Laureatı, Azərbayacan Milli İnciləri Mükafatı Laureatı, Qızıl Səs mükafatı laureatı (İngiltərə-London), Dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hall-da Azərbaycanı ilk dəfə təmsil etmiş və brincilik qazanaraq qızıl medala layiq görülmüşəm.Həmçinin diplomlarımın, fəxri fərmanlara layiq görülmüşəm. Əldə etdiyim nəaliyyətlərin siyahısı ardıcıl şəkildə yazılaraq ərizəyə qoşma olaraq əlavə edilmişdir.

Təəssüflər olsun ki, M.F.Axundov adına Azərbaycan Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov mənimlə artıq işləmək istəmədiyini bildirir. O, 20.07.2023-cü il tarixdən etibarən mənə M.F.Axundov adına Azərbaycan Akademik Opera və Balet Teatrında işləməyə icazə verməyəcəyini deyir və məni işdən cıxardılar.

Dərin hörmət və minnətdarlıq hissi ilə Sizdən, hərbiçi övladı olaraq, fitri musiqi  istedadımı, ali musiqi təhsilimi, vokal ifaçısı kimi böyük nəaliyyətlərimi nəzərə alaraq, bütün bu haqsızlıqlara son qoyulmasına  və məni başqa bir  işlə təmin edilməsini xahiş edirəm.

İştirak etdiyim yerli, beynəlxalq tədbirlər və mükafatların siyahısı; mükafatların bir hissəsinin fotoşəkilləri sizə təqdim edə bilərəm!

İmza:       Cəfərov Urfan Asif oğlu