7 Fevral 2024-cü il növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin (AQRC İ.B.) üzvləri çoxsaylı seçki dairələri üzrə məntəqə sədri, katib, müşahidəçi qismində fəal iştirak etmişlər. AQRC İ.B.-ni təmsil edən məsullarla mütəmadi olaraq əlaqə qurulmuş, seçki prosesi haqda məlumatlar toplanmışdır.
Əminliklə demək olar ki, seçki məntəqələrində seçicilərin azad iradə nümayiş etdirərək rahat şəkildə səs vermələri üçün bütün hazırlıq işləri yüksək səviyyədə görülmüş, lazım olan şərait yaradılmışdır.
Beynəlxalq standardlara uyğun şəkildə təşkil olunmuş seçkilər tam şəffaf, ədalətli və demokratik şəkildə keçirilmişdir.
Türk Dövlətləri Təşkilatının nümayəndələri, xarici dövlətlərin parlament üzvləri, onlarla beynəlxalq müşahidəçilər (Rusiya,Qırğızıstan,Türkiyə,
Koreya və s.) müxtəlif partiyaların və vətəndaş cəmiyyəti nümayəndələri, namizədlərin müşahidəçiləri, media mənsubları, TV kanalları seçki prosesini canlı izlədilər.
Seçkiləri yaxındn müşahidə etmək üçün yerli və beynəlxalq müşahidəçilərə şəffaflığı nümayiş etdirmək üçün yüksək səviyyədə şərait yaradılmış, hətta canlı yayımlarla seçki prosesi ölkədə və ölkədənkənar izlənimə təqdim olundu. Beynəlxalq nümayəndələr səhərin erkən vaxtında səs vermək üçün məntəqələrə axışan insan axınının uzun növbələrdə səs vermək üçün səbr və həvəs göstərmələrinə, simalardakı sevinc, qürur ifadəsini görüb heyrətlərini gizlətmədən belə bir hal ilə ilk dəfə raslaşdıqlarını ifadə etdilər.
Bu dəfəki seçki həm cəmiyyət daxilində milli birliyimizin, siyasi etikanın təcəssümü kimi də yaddaşıarda həkk oldu.
Bu seçkidə AQRC İ.B. sədri kimi deyil, qalib xalqın nümayəndəsi olaraq mən, Bahar Qasımova və sədr müavini, dəyərli ziyalımız Ətrabə Gül Bayram qızı ilə bərabər Səbail rayonu, 7 nömrəli seçki dairəsinin 1 saylı məntəqəsində (6 nömrəli məktəb ) müşahidəçi qismində seçki prosesini izlədik, həm ən demokratik seçkilərin keçirildiyinin , həm də, tarixi bir anın şahidi olduq. Səhər saat 7 -də məntəqə artıq seçkinin keçirilməsi prosesinə hazırlıqlarını tamamlamışdı. Səhər saat 8 -də qapılar seçicilərin üzünə açılan kimi böyük insan selinin, seçicilərin təlaşla, sevinclə səs vermək üçün səbirsizləndiyinin şahidi olduq. Hətta bir çox seçicilər öz namizədlərinə, “Sərkərdəsinə” sevgi sözləri yağdıraraq səsvermə qutularına tərəf tələsirdi. Çox təsirli bir mənzərə vardı. Duyğulanmamaq mümkün deyildi. Çünki 30 ildən sonra seçkilər ilk dəfə idi ki, bütün Azərbaycan ərazisində keçirilirdi. Doğrudan da, bu seçki digər seçkilərdən deyildi…. Bu seçki “ZƏFƏR SEÇKİSİ” idi, mənəvi dəyəri, ciddi məsuliyyəti olan tarixi bir hadisə idi! Həsrətin, yanğının bitişi idi bu seçki! Sayğı və ehtiramın, sədaqət və hörmətin nümayişi idi bu seçki! Əmanətin iadəsi, verilən sözün tutulması idi, “Dəmir Yumruğun” gücündən güc alan, yenilməz, MÜZƏFFƏR ORDUMUZUN rəşadət simgəsi idi bu seçki! Yeni tarix yazan Azərbaycan xalqının “tale döngüsü” oldu bu seçki!
…ayağını güclə çəkə-çəkə məntəqəyə gələn ağzı dualı yaşlı nənə, baba, körpəsilə gələn cavan ailə və yüzlərlə insan havanın soyuq olmasına məhəl qoymadan məntəqədə səs vermək üçün öz sırasını gözləməkdən feyz alırdı sanki…. hamı bir amala, bir hədəfə, bir ümid yerinə, bir Sərkərdəyə sevgi nümayişi üçün xoş bir yarış halında idi. Saat 19:00-da səsvermə bitdi. Hər kəsin gözü önündə möhürlü qutular açılıb, səslər sayıldı…
Bütün ərazilər üzrə bir qalib namizəd vardı! Xalq öz SƏRKƏRDƏSİNİ çoxdan seçmişdi. Bu seçki isə dünyaya bir CAVAB oldu !!!
Bu qələbə münasibətilə möhtərəm İlham Əliyevi “AQRC” İ.B.-nin on minlərlə qadın üzvləri adından ürəkdən təbrik edir, ona və ailəsinə uzun, sağlıqlı ömür, Yeni Zəfərlər diləyirəm. Biz birlikdə güclüyük! Biz hər zaman Sizin ətrafınızda yorulmadan, Vətən naminə çalışmağa, Sizin göstərişlərinizdən öz məsuliyyətimizə düşən bütün tapşırıqları yerinə yetirməyə hazırıq!
Yaşasın xalqının Sərkərdəsi, Möhtərəm Ali Baş Komandanı Cənab İlham Əliyev!
AQRC İ.B. sədri Bahar Qasımova
ZƏFƏR SEÇKİSİ