Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində sakinlər yolların bərbad vəziyyətindən şikayətçidirlər.
Bu barədə vətəndaşların Oxu.Az-ın redaksiyasına göndərdikləri şikayətdə qeyd edilib.
Söhbət Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, döngə 6 ünvanından gedir. Vətəndaş iddia edir ki, sözügedən ünvanda məhəllələrin yolları keçilməz haldadır:
“Yollarda nə asfalt örtüyü var, nə yol kənarında işıq dirəyi var. Sözün əsl mənasında bu əraziyə baxan bir nəfər şəxs, bir aidiyyəti qurum yoxdur. Dəfələrlə şikayət etmişik, sakinlər arasında imza toplayıb məktub yazmışıq, amma aidiyyəti qurumlardan şikayətimizə baxan olmayıb”.
Mövzu ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda asfalt örtüyünün yenidən salınması və təmir işləri ilə əlaqədar onlar aidiyyəti qurumlara müraciət ediblər:
“Asfalt örtüyünün bərpası və yenidən qurulması tədbirlər planına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək”.
Dia-az.info-dan: Dəyərli oxucu, diqqət etdinizsə, yenə də iş qaldı aidiyyəti qurumların üzərində… Bu qurum isə möhtərəm AAYDA-dır… O AAYDA ki onun rəhbərliyində Əvəz Qocayev kimi bir fiqur təmsil olunur.
İllah ki, yuxarıda barəsində danışdığımız, vətəndaşların giley-güzarına nədən olan yola dövlə büdcəsindən ayrılmış vəsait də məhz Əvəz müəllim tərəfindən çoxdan həzm-rabedən keçirilib.
Bu barədə daha geniş materialımız olacaq…
Qeyd edək ki, Əvəz Qocayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavinidir. Bizi izləyin…