Gezeravcının Yerə qayıdışı yenidən ertələndi

Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Axiom-3” komandasının Yerə qayıdışı bir gün daha təxirə salınıb.

Xalqxeber.az “TRT Haber”ə istinadən xəbər verir ki, səbəb kimi Floridadakı əlverişsiz hava şəraitinin göstərildiyi açıqlamada “Dragon” kapsulunun ən tez fevralın 6-da stansiyanı tərk edəcəyi bildirilib.

Astronavt Gezeravcı və qrupun səfərinin təxminən 13 saat davam etməsi gözlənilir.

Qeyd edək ki, ötən gün komandanın fevralın 5-dən daha tez Beynəlxalq Kosmik Stansiyanı tərk edə bilməyəcəyi açıqlanmışdı.

Xatırladaq ki, “Axiom-3” komandasının bu gün Türkiyə vaxtı ilə saat 14:00-da Beynəlxalq Kosmik Stansiyanı tərk etməsi gözlənilirdi. Komanda yanvarın 19-u kosmosa yola düşmüşdü.

Mənbə