Ukrayna Silahlı Qüvvələri bu ilin yazında yeni əks-hücum əməliyyatına başlayacaq.
Bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
O bildirib ki, Rusiyanın hücum imkanları yazda tükənəcək, bunun ardınca Ukraynanın hücumu başlayacaq.
O, Rusiyanın qış hücumları zamanı Luqansk və Donetskin sərhədlərinə çatmağı hədəflədiyini, lakin buna nail olmadığını da əlavə edib.