Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə Azərbaycan- Ermənistan arasındakı problemlərin nizama salınması məsələsini müzakirə edəcəklər.
Bu barədə teleqram kanallarında məlumat yayılıb.
Məlumatda bildirilib ki, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, AB-nin Qırmızı dənizdəki missiyası və 13-cü antirusiya sanksiyalar paketini müzakirə edəcəklər.