Bank kartları ilə bağlı yaranan problem aradan qaldırıldı

Yanvarın 6-da axşam saatlarında “Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların bankomatlarından, POS terminallarından və mobil proqramlarından istifadə zamanı müşahidə olunan texniki nasazlıqlar aradan qaldırılıb.

Bu barədə “Azərikard”dan məlumat verilib.

Qeyd edək ki, ötən gecə “Azərikard”ın xidmət göstərdiyi bankların bankomatlarından və mobil proqramlarından istifadə zamanı bəzi problemlər yaranıb (23 bankdan 13-nə xidmət göstərilir).

“Rabitəbank” və ABB texniki problemlərin aradan qaldırılması ilə bağlı məlumatı təsdiqləyiblər.



Mənbə