Məşhur aparıcı dünyasını dəyişdi

 Rusiyanın əməkdar artisti, SSRİ Mərkəzi Televiziyasının diktoru Qalina Zimenkova 83 yaşında vəfat edib.

Bu barədə “Birinci Kanal”ın saytında məlumat verilib.

Zimenkova sovet dövründə 20 ildən artıq Mərkəzi Televiziyanın diktoru olub. “Zaman”, “Mavi işıqlar”, “Moskva görüşləri” və “Qoy həmişə günəş olsun” kimi bir çox digər populyar proqramların müəllifi olub. 

Zimenkova 1941-ci ildə Kazanda anadan olub, teatr məktəbini, sonra isə N.K.Krupskaya adına Leninqrad Dövlət Mədəniyyət İnstitutunu bitirib. Kazanda radioda işləyir və konsertlər verirdi. Daha sonra o, Moskvaya köçüb.

Mənbə